Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:22

Diplomatlar Eynulla Fətullayevlə görüşüblər


Eynulla Fətullayev ötən il məhkəmənin qərarı ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Eynulla Fətullayev ötən il məhkəmənin qərarı ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Noyabrın 28-də Azərbaycanda fəaliyyət göstərən bir çox diplomatik korpusların təmsilçiləri 12 saylı cəzaçəkmə müəssisəsində jurnalist Eynulla Fətullayevlə görüşüblər.

ATƏT-in Bakı ofisindən «Azadlıq» radiosuna verilən məlumata görə, «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevlə görüşmək təşəbbüsünü onlar irəli sürüblər.
ABŞ, Norveç, Almaniya, Fransa və Avropa Şurasının Azərbaycandakı səfirlikləri də bu təşəbbüsü dəstəkləyiblər.
ATƏT-in Bakı ofisinin sözçüsü Rəşad Hüseynov deyir ki, diplomatlar jurnalistin saxlanma şəraitiylə tanış olublar. Eynulla Fətullayev onlara saxlanma şəraitindən narazılığı olmadığını desə də, bildirib ki, oxumaq istədiyi qəzetlər ona verilmir.
R.Hüseynov deyir ki, diplomatlar jurnalistin probleminin həll olunacağına ümid etdiklərini bildiriblər. Onun sözlərinə görə, ATƏT-in Bakı ofisi gələn il həbsdəki digər jurnalistlərlə də görüşməyi planlaşdırır.
Bu ilin oktyabr ayında diplomatlar «Azadlıq» qəzetinin yazarı Mirzə Sakitlə də görüşmüşdülər.
«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayev ötən il məhkəmənin qərarı ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, terrorla hədələmədə, mili ədavəti qızışdırmaqda və vergidən yayınmaqda ittiham edilir. Jurnalist özü isə həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu iddia edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG