Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 06:12

Azərbaycanlı zəvvarlardan biri ölüb


Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlardan biri ölüb.

Bu haqda «Azadlıq» radiosuna məlumatı Qafqaz Müsəlmanları İdarəsindən Xarici əlaqələr şöbəsinin rəhbəri Müqəddəs Payızov verib. Onun sözlərinə görə Quba sakini olan 73 yaşlı zəvvar Şahverdiyev Feyzulla Suriyada ürək çatızmazlığından vəfat edib.

Zəvvarın olduğu avtobus 22-23 noyabr Bakıdan Həcc ziyarətinə yola düşüb. Müqəddəs Payızov bildirib ki, hər il həcc ziyarəti zamanı belə hadisələrlə rastlaşırlar.
XS
SM
MD
LG