Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 07:52

Belə addım media plüralizminə ciddi zərbə olardı


«Azərbaycanın demokratik həyatı üçün media plüralizmi ən vacib məsələlərdən biridir»
«Azərbaycanın demokratik həyatı üçün media plüralizmi ən vacib məsələlərdən biridir»
Azərbaycanda xarici radiostansiyalarının azad yayımının dayandırılması media plüralizminə ciddi zərbə olardı. Noyabrın 28-də «Azadlıq» radiosunun qonağı olan ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Xose Luis Herrero belə deyib.
«Azərbaycanın demokratik həyatı üçün media plüralizmi ən vacib məsələlərdən biridir. «Azadlıq» radiosu kimi media qurumlarının bu prosesdə iştirakı olduqca pozitiv addımdır. Belə bir radioda müxtəlif mövqe və fikirləri eşitmək mümkündür. Belə olan təqdirdə həmin radiostansiyalarının azad yayımının dayandırılması ölkənin media plüralizminə ciddi zərbə olardı».

Milli Televiziya və Radio Şurasının sədri Nüşirəvan Məhhərməli bildirib ki, qanuna müvafiq olmadığı üçün xarici radioların Azərbaycanda sərbəst yayımı gələn ildən dayandırıla bilər. Ölkədə FM tezliyində üç xarici radio – «Azadlıq», «Amerikanın səsi» və BBC yayımlanır.
XS
SM
MD
LG