Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 19:56

Üç Britaniya QHT-si Minsk Qrupunu şəffaflığa çağırır


Üç məşhur Britaniya QHT-si - «International Alert» (Beynəlxalq həyəcan), «Conciliation Resources» (Barışıq resursları) və «Links» ATƏT-in Minsk Qrupunu fəaliyyətində şəffaflığa çağırır.
Konsorsium həmsədrlər Metyu Brayza, Yuri Merzlyakov və Bernar Fasyeyə sülh prosesini dəstəkləyən QHT-lərlə daha çox şəffaflığı təmin etmək məqsədilə dialoq və fikir mübadiləsi mexanizmi yaratmaq çağırışı ilə müraciət edir.

Konsorsium hesab edir ki, sülh prosesi münaqişəyə cəlb edilmiş ölkə və cəmiyyətlərin daxilində daha sıx qarşılıqlı fəaliyyət və debatlarla irəli gedəcək.

2008-ci ilin ikinci yarısında Konsorsium Ermənistan və Azərbaycanın yüksək çinli məmurları, habelə həmsədrlərlə bir sıra məsləhətləşmələr keçirib. Eyni zamanda münaqişə regionunda vətəndaş cəmiyyəti ilə dialoq intensivləşdirilib. Bu diskussiyalar və məsləhətləşmələr əsasında Konsorsium həmsədrlərə konkret tövsiyələr verib. Tövsiyələr münaqişə zonasında və ondan kənarda ermənilər və azərbaycanlılar arasında sülh prosesinin daha yaxşı dərk olunmasını və dəstəklənməsini nəzərdə tutur.
Konsorsium məktubunda münaqişənin dinc həlli yolunun axtarılması məqsədilə uzun illər görülən işləri yüksək qiymətləndirir. Konsorsium iştirakçıları Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Moskva bəyannaməsini «münaqişənin həllinə yönəlmiş gələcək fəaliyyət üçün yaxşı əsas» hesab edir.
/Turan/
XS
SM
MD
LG