Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:13

Ombudsman Azadlıq Radiosu ilə bağlı MTRŞ-yə müraciət edib


Elmira Süleymanova Azadlıq Radiosunun Praqa studiyasında
Elmira Süleymanova Azadlıq Radiosunun Praqa studiyasında
Bu haqda Azadlıq Radiosuna müsahibəsində E.Süleymanovanin özü məlumat verib.

Praqada işgəncələr əleyhinə beynəlxalq konfransda iştirak edən ombudsman noyabrın 26-da həm də Azadlıq Radiosunun Praqa ofisində olub. E.Süleymanova bildirib ki, MTRŞ xarici radioları yerli tezlikdən məhrum etmə planını açıqlayandan sonra o, şuranın sədri Nüşirəvan Məhərrəmli ilə bu haqda söhbət də edib. N.Məhərrəmli şuranını mövqeyini belə əsaslandırıb ki, bir sıra Avropa ölkələrində də yerli tezliklər xarici radiolara məxsus deyil, Azərbaycan qanunları da buna yol vermir.

“Amma hər halda müraciətlərimiz baxılmaq mərhələsindədi. Bizim müraciətimiz onunla bağlı idi ki, məsələni araşdırsınlar və imkan daxilində məsələni müsbət həll eləsinlər. Məndə olan məlumata görə məsələ ilə bağlı qərar dekabrın ortalarında veriləcək, amma mən sizə deyə biılmərəm ki, həmin qərar necə olacaq” – deyə ombudsman bildirib.

Buna da bax:

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG