Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:39

İranda 10 nəfəri asıblar


İranda qətldə günahlandırılan 10 nəfəri asıblar. Asılanlardan 9-u kişi, biri qadındır. Onları kütlənin qarşısında edam ediblər. Rəsmi məlumata görə, asılan qadın ərini doğramaqda günahlandırılır. Yerli mətbuat yazır ki, qadın ərini qızını zorladığı üçün öldürüb.
«Amnesty International» təşkilatı bildirir ki, edam olunanların sayına görə İran keçən il ikinci dövlət olub. Birinci yerdə Çindir. Keçən il Çində 300-dən çox məhbusu edam ediblər.
XS
SM
MD
LG