Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 00:40

«İki ölkə münasibətləri tanqo kimidir»


Futbol azarkeşləri 2006-cı il Dünya Çempionatında ABŞ və İranın bayraqlarını yelləyirlər
Futbol azarkeşləri 2006-cı il Dünya Çempionatında ABŞ və İranın bayraqlarını yelləyirlər
İran üzrə ekspert deyir ki, iki ölkənin münasibətləri tanqo kimidir: biri oynamaq istəmirsə, o birisi nə etsin? ABŞ-ın İşgüzarlıq İnstitutunda tədqiqatçı Michael Rubinin fikrincə, oynamaq istəməyən ümumi fikrin əksinə olaraq Amerika yox, İrandır:

«İroniya ondan ibarətdir ki, bəzi ABŞ diplomatları islam respublikası İrana daha çox etimad edirlər, nəinki iranlıların bir çoxu».

Michael Rubin noyabrın 20-də Amerikanın keçmiş diplomatlarından, alimlərindən ibarət bir qrupun bəyanatını misal gətirir ki, İranla problemi həll etməyin ən uğurlu yolu birbaşa, şərtsiz danışıqlardır. Onun fikrincə isə, tarix başqa şey deyir. ABŞ-ın guya İranla danışıqları boykot etməsi fikri əslində mifdir, boykot edən həmişə Tehran olub.

Vaxtilə ABŞ prezidenti Karter münasibətləri normallaşdırmaq istədi, ancaq o vaxt İran tələbələri Tehranda Amerika səfirliyini tutmaqla bu səyləri məhv etdilər.

Hazırda Corc Buşu İran məsələsində bir kabus kimi göstərməyə cəhd edirlər. Ancaq Karterdən sonra İrana ən açıq olan Amerika prezidenti məhz Buşdur. Düzdür, deyə bilərlər, İranı şeytan oxunun bir hissəsi adlandıran da məhz Buşdur, ancaq Rubin hesab edir ki, İrana münasibətdə Buşun dedikləri ilə real siyasəti arasında böyük fərq var. Məhz Buşun Dövlət katibi Kondoliza Rays 2006-cı ilin mayında Tehrana təklif etdi ki, İranı təcriddən çıxarmaq məsələsini müzakirə etsinlər (İran bu təcridə Klinton dövründə düşüb). Ancaq İran prezidenti Əhmədinejad təklifi rədd etdi və dedi ki, «bu təklif təbliğat gedişidir».

Bu ilin iyulunda Dövlət katibinin müavini Uilyam Börns Cenevrədə öz iranlı həmkarı ilə görüşəndə İranın Respublika Qvardiyasının komandanı Məhəmməd Əsədi dedi ki, «Amerikanın çıxış yolu yoxdur, Birləşmiş Ştatların Yaxın Şərqi döyülmüş və təhqir olunmuş halda tərk etməkdən başqa çarəsi qalmayıb».

Rubin yazır ki, əksəriyyətin fikrincə, İranın nüvə proqramına son qoyulması Amerikanın danışıqlara şərtidir, ancaq formal götürəndə bu, belə deyil. İranın nüvə proqramına son qoyulması BMT-nin Təhlükəsizlik Şurasının tələbidir, Amerika bu tələbi müdafiə edir. Rubinin fikrincə, ikitərəfli danışıqlara şərt qoyan əslində İrandır. Bu ilin oktybarında İranın vitse-prezidenti Mehdi Kalhor dedi ki, «Amerika qüvvələri Yaxın Şərqi tərk etməyincə, sionist rejimə dəstək verdikcə, Amerika-İran danışıqları gündəlikdə olmaycaq».

«İnternational Herald Tribun» isə yazır ki, avropalıların fikrincə, hər şey yeni prezident Barak Obamanın «Amerika kartını necə oynamasından» asılıdır. Bu fikri Fransanın Xarici İşlər naziri Kuşner deyib. Qəzet nüvə silahının yayılmaması üzrə Fransanın ən nüfuzlu eksperti Terez Delpechdən soruşub ki, Kuşner bununla nə demək istəyir? Delpech hesab edir ki, Kuşner demək olar ki, açıq deyir ki, Fransa Amerikanın İranla ikitərəfli danışıqlara getməsini istəmir. Delpechin izahı belədir ki, əgər Obama İranla ikitərəfli danışıqları seçsə, Amerika bu kartı oynasa, İran əvəzində dörd kartla oynaya biləcək - Rusiya, Çin, Avropa və Amerika.
XS
SM
MD
LG