Keçid linkləri

Təcili xəbərlər
2023, 28 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:26

Elektrik cərəyanı vurmasından 4 nəfər həlak olub


Tovuz rayonunda elektrik cərəyanı vurmasından dörd nəfər ölüb, bir nəfərsə xəsarət alıb. Noyabrın 23-ü saat 19.00 radələrində Tovuz rayonunun Bozalqanlı kənd sakini Habil Abıyev həyətində quyu qazarkən istifadə etdiyi qaynaq aparatında qısaqapanma baş verib.
Nəticədə H.Abıyevi və orada işləyən həmkəndliləri Etibar İbrahimovu, Hikmət Ələkbərovu, habelə hadisə yerinə çağırılmış Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürəni Rasim Sadıqovu elektrik cərəyanı vurub və onlar hadisə yerində ölüb. Xəsarət almış Oqtay Hüseynov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
Bu barədə «Turan»a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.
XS
SM
MD
LG