Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:42
ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama iqtisadi sahədə komandasını noyabrın 24-də elan edə bilər. Köməkçiləri təsdiq ediblər ki, Obama Maliyyə naziri vəzifəsinə Mərkəzi Bankın Nyu-York bölməsinin rəhbəri Timoti Qetneri təyin etmək niyyətindədir.
Keçmiş prezident Bill Klintonun zamanında Maliyyə naziri olmuş Lourens Summers isə Ağ Evdə Milli İqtisadi Şuranın direktoru vəzifəsini tutacaq.
Noyabrın 22-də Barak Obama iqtisadi həvəsləndirmə paketini elan edib. Onun dediyinə görə, bu paketdə iki milyon yarım yeni iş yerinin açılması və ya mövcud iş yerlərinin qorunması, yolların və körpülərin inşası nəzərdə tutulur. Həmçinin paketə məktəblərin müasirləşdirilməsi, alternativ enerji mənbələri və səmərəli avtomobillərin hazırlanması da daxildir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG