Noyabrın 23-ü Gürcüstanda «Qızılgül inqilabı»nın beşinci ildönümü qeyd edilir. Həmin inqilabla Şevarnadze hakimiyyəti Qərbmeylli Saakaşvili hakimiyyəti ilə əvəzlənib.
ABŞ prezidenti Corc Buş «Qızılgül inqilabı»nın ildönümü münasibətilə çıxışında ölkəsinin azadlığı müdafiə edən cəsur gürcü xalqı ilə qürur duyduğunu bildirib.
O deyib ki, «Qızılgül inqilabı» xalqa seçim hüququ verəndə onun azadlığı üstün tutduğunu bir daha sübut edir. Corc Buş Birləşmiş Ştatların demokratiya, müstəqillik və ərazi toxunulmazlığı məsələsində gürcü xalqına dəstək vədinə sadiq qaldığını bildirib.
Gürcüstan prezidenti Mixail Saakaşvili televiziya ilə xalqa müraciətində təhlükələrə qarşı milli birlik nümayiş etdirməyə çağırıb.