Hadisə noyabrın 20-də baş verib.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu APA-ya faktı təsdiqləyib. O deyib ki, bu ilin may ayında Yevlax rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1989-cu il təvəllüdlü Həzan Məmmədov əlindəki avtomat silahdan atəş açaraq əsgər Samir Qasımovu öldürüb, onun əkiz qardaşı əsgər Zaur Qasımovu isə ağır yaralayıb. Z.Qasımov ağır vəziyyətdə hərbi hospitala yerləşdirilib.
H. Məmmədov həbs edilib, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.