Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Prezident minimum əməkhaqqı və təqaüdlərin artırılacağını deyir


«Bütün dövrlərdə Novruz bayramı Azərbaycan xalqının qəlbində yaşayıb. Dövlət müstəqilliyi bərpa ediləndən sonra isə, rəsmi bayram kimi 15 ildir qeyd olunur». Martın 21-də «Qoşa qala» qapısı qarşısında keçirilən bayram şənliklərinə qatılan prezident İlham Əliyev əhali qarşısında nitqində belə dedi. O, Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşəndən sonra ölkədə iqtisadi artımın güclənəcəyini, yaxın vaxtlarda minimum əməkhaqqı və təqaüdlərin artırılacağını bildirdi.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev isə, polisin gücləndirilmiş rejimdə işlədiyini deyir: «Bakı polisi axşama qədər vəziyyətə nəzarət edəcək».


Bayram şənliklərinə qatılan insanlar isə, bu günün xatirələrində çox qalacağını deyirlər.


Bayram şənlikləri günün sonuna qədər davam edəcək, Milli Parkda isə, atəşfəşanlıq olacaq.


XS
SM
MD
LG