Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 06:52

«Bu, yalnız MTRŞ sədrinin səsləndirdiyi bir fikirdi»


«Azərbaycanda 1000-dən artıq KİV azad şəkildə fəaliyyət göstərir. Radiostansiyaların fəaliyyətinə və onların ətrafında dolaşan müxtəlif fikirlərə gəldikdə isə, bildiyiniz kimi hələ qərar qəbul edilməyib».
Prezident Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov noyabrın 20-də jurnalistlərə belə deyib.
Onun sözlərinə görə, bu, yalnız MTRŞ sədrinin Azərbaycan qanunvericiliyinə və beynəlxalq təcrübəyə uyğun səsləndirdiyi bir fikirdi.
Dağlıq Qarabağ münaqişəsinə toxunan E.Aslanov «torpaqların hamısı geri qaytarılana qədər biz öz mübarizəmizi və fəaliyyətimizi davam etdirəcəyik. Həm 7 rayon, həm də Dağlıq Qarabağ Azərbaycanın tərkibində olacaq», - deyib.
Prezident Aparatının rəsmisi münaqişə ilə bağlı durumun Milli Məclisdə müzakirəsinə ehtiyac görmədiyini də bildirib.
XS
SM
MD
LG