28 noyabr
«Demişdilər 2010-cu ilə kimi kasıb qаlmауаcаq. Dеуəsən, heç «Xruşşovka»lar da qаlmауacаq !!! АLLАH sənə rəhmət eləsin SSSR»
«Sabahınız xeyir. Mən şəhərin mərkəzi küçələrindən birində qanunsuz birotaqlı ev tikmişəm. Onu necə sənədləşdirə bilərəm?»
«Demokratiya və rüşvət qardaş ola bilməz. Bizdə mümkündür. Bu qardaşlıq pozulmasa demokratiya ola bilməz. Bu barədə nə təklif edərdiniz?» (Elçin)
«Soruşmaq ayıb olmasın, öz evimizdə siqaret çəkməyə icazə verəcəklərmi?»
«Gənclərdə elə mənəvi zəhərlənmə gedir ki, siqaret heç nədir» (Zəhra)
«Acı reallıq vicdanlı insana əzab verir. Siqaret əzabları boğmağa kömək edir. Heç olmasa, bunu qadağan etməyin»
«Belə cəmiyyətdə yaşayıb siqaret çəkməmək mümkündürmü?» (Camal)
«Müxalifət iqtidarın güzgüsü olmalıdır. Bizdə nə güzgü var, nə də güzgüyə baxan. İqtidar özünü o qədər gözəl sayır ki, güzgüyə baxmağa ehtiyac duymur» (Fəxri)
«Bizim bədbəxtçiliyimiz odur ki, heç kim heç kimin ağlını bəyənmir. Hər kəs özünü ağıllı sayır»
«Keçid dövrü» sözünün «uje» yeri yoxdur. «Durğunluğa qayıdış dövrü» (və ya «batma dövrü») desəydilər, daha düzgün olardı»
«Nə qədər ki, ziyalılar kütləvi şəkildə aktiv olmayacaqlar, xalq yatmaqda davam edəcək. Dünən Tahir Salahovun da boynundan minnət ordeni asdılar» (Gizir)
«Təkcə «xalqın maraqları» üçün risk etmək ziyalılarımıza sərf eləmir»
«Mən özümə inanıram. İnanıram ki, bizdə pul mütləq hakimdir və pul hər şeyi həll edir» (Bəxtiyar)
27 noyabr
«Salam. Özüm siqaret çəksəm də, yanımda siqaret çəkəndə tüstüsünə dözə bilmirəm. Hamıya «tüstüsüz» atmosfer arzulayıram. :-)» (Rüfət)
«O qanun qəbul olunsa, mən də qoşulacam işsizlərə. Mənim kimi nə qədər adam var? Deputatlar rəhm edin bizə»
«Avtobusda papiros çəkməyin öz ləzzəti var». (Yalçın)
«Siqaret çəkmək haramdır deyənləri bizdə Vəhhabi adlandırırlar». (ASİF)
«Stalin repressiyasının nəticəsi olaraq bu gün Vətənimizdə mərd, vətənpərvər ziyalılar yox, yaltaq, ayaqlara sürünən ziyalı təbəqəsi mövcuddur». (Xalid)
«Ruslarda bir söz var: «iz qryazi v knyazi». Elitanı, intelligensiyanı məhv etdilər, qul psixologiyası olanlar hakimiyyətə gəldi. Lenin deyirdi: «kajdaya kuxarka mojet upravlyat qosudarstvom». Nəticəsi məlum. Təəssüf ki, bu gün də bunun fəsadları qalır...» (VAHİD)
«Repressiyalar olmasa, avtoritar rejim çox çəkməz. Xalqın canına xof salıb, özləri üçün «sabitlik» yaradırlar. Amma bizə lazım deyil bu cür «türmə sabitliyi». Avtoritar rejim - QULDARLIQ cəmiyyətinin müasir formasıdır. Formaca fərqlənir, məzmunca yox! Konstitusiyamız, təmiz küçələrimiz, binaların fasadları, maşınlarımız, geyimimiz - müasir demokratik dövlətlərdəkinə oxşasa da, yenə də sadə xalqın real AZADLIĞI və İMKANLARI qul səviyyəsindədir! Hətta indiki qullar DAXİLƏN daha çox «qorxaq qul xasiyyətindədir!» (İnsanları acizləşdirən qul «əxlaqı» (mentaliteti) indi daha güclüdür!) (müasir qul)
«Repressiyanın çoxlu sayda qurbanları oldu. Deyərdim ki, bunda ən çox sadə insanlar qurban oldu çünki, xalqın ictimai-siyasi-mədəni liderlərinin repressiyası əsl zərbəni xalqa vurur. Maddi olaraq repressiya qurbanları olanlar ŞƏHİD olaraq göylərə ucaldı, amma mənəvi şəkildə repressiya qurbanı olan xalq əzildi». (Ayaz)
«Salam, deməli, 50 ildən sonra sizlər kimi bir jurnalist, bir ziyalı oturub indiki illəri müzakirə edəcəklər, biz nə qəribə millətik, bizə hər nə ediblərsə az ediblər». (Ələkbər)
«Repressiyalar xalqı qorxuzmaq üçündür. Ziyalıların ağzını yummaq üçündür. Cəmiyyəti əhliləşdirib, yaltaq qula çevirmək üçündür. Öz hökmranlığını qorumaq üçündür».
«İndiki iqtidarımız sovet dövrünün priyomlarından istifadə edir. Başqa cür dövləti idarə edə bilmirlər. Heç istəmirlər də. İkinci fürsət düşüb, istifadə edirlər».
«İndi guya ki, repressiya yoxdur! Ağzını açıb söz demək mümkün deyil! 50 il sonra indiki hakimiyyətin kütləvi repressiyasından danışarıq». (Nizami)
«Nə üçün tarixə zamanında yox, 70 ildən sonra düzgün qiymət verildi. Bu günümüzə qiymət 70 ildən sonra fərqli olmayacaqmı?»
«Məncə, indiki repressiyalar daha «mədəni» baş verir, müxtəlif bəhanələrlə guya dövlətə qarşı çıxdıqlarına görə». (Murad)
«Repressiyalar bəşəriyyətə qarşı ən ağır cinayətdir. Bu, avtoritar, totalitar rejimlərin yaşaması üçün əvəzolunmaz idarəetmə üsuludur. Demokratik cəmiyyətlərdə repressiyalar qeyri-mümkündür, çünki burada hər şey insan azadlığına yönəldilib, azad söz, azad fikir həmin cəmiyyətlərin aynasıdır. Müasir repressiyalara da elə bu prizmadan yanaşmaq lazımdır». (Rafiq)
«Total korrupsiya xalqa qarşı repressiya deyilmi?» (Mahmud)
«Stalin indi qalsaydı, bizim ziyalıları görüb şoka düşərdi». (Anar)
«Salam. Müasir repressiya psixoloji və mənəvidir. Keçmişdəki isə fiziki və feilidir. Sizcə, bu, belə deyil? Bəli, hazırda bizdə belədir». (Vətəndaş)
«O vaxt sayıb öldürürdülər, indi isə öldürüb, sonra sayırlar».
«Padoş» çərənçilik qabiliyyətin oldu, özünü «güclü» göstərə bildin, bəsdir».
«Ata minmək üçün əvvəlcə eşşəyə minmək gərəkir. Heç eşşək mindinizmi?»
«Müstəqil medianın yolu indi şöhrət ordenindən keçir, yoxsa həbsxanadan?» (Gülnaz Məmmədli)
«Neftsiz Azərbaycan qurumuş ağac kimidir. Çünki bizdə qeyri-neft sektoru deyilən bir şey yoxdur. Bundan başqa, Azərbaycan əhalisi neftə elə öyrənib ki…»
26 noyabr
«Ay balam, axı neftin xalqa nə dəxli var! Camaatın ataları uşaqlarına neft miras qoyub, siz də onların mirasına göz dikirsiniz. Ayıb olsun» (Ramin)
«Rüşvət piramidası olan yerdə hansı «yüksək təhsildən» danışmaq olar? Rüşvət «bəs eləmir», büdcə pullarını da aralarında bölüşdürürlər. İndi də deyəsən, «Dünya bankına» atmaq istəyirlər».
«Təhsil Nazirliyi 2003-cü ildə «fizika-riyaziyyat» liseyinə məktub göndərib «təbrik etmişdi» (tədris prosesində «yüksək nailiyyətlərinə» görə). Amma orda rüşvət baş alıb gedib (xüsusən, liseyə qəbulda)! Dərsin yerinə daha çox pullu hazırlıq keçirlər. Hərə bir otaq zəbt eləyib «hazırlıq» keçir, məktəbi döndəriblər «hazırlıq kurslarına». Valideynlərin bir qismi peşman olub, uşağını o məktəbdən çıxardır (baxmayaraq ki, qəbulda rüşvət verdiyi 1000 manat batır). Budur bizdəki «yüksək təhsil?» (həmin liseydə işləyən müəllim)
«Təhsilimiz qabağa yox, xeyli dala gedib! Rüşvətxorluq xeyli artıb! İşə qəbul edəndə savada yox, ancaq verdiyin rüşvətə baxırlar. Rüşvətin və yerlibazlığın hesabına savadsız (əzbərçi, «risovkalı») müəllimlər qabağa gedir. «Sırtıq çuşkalar» indi «savadlı maymaqları» tam incidib sıxışdırıblar (üzünə gülə-gülə). Şagirdlərdə də bu «rəqabət qaydaları» çox dəyişib, «cındırlaşıb». Pul və «dayday» indi daha çox rol oynayır».
«Sovet dərslikləri indikilərdən xeyli yaxşı idi! Süni «qəlizlik» artıb! Bunu hər bir müəllim təsdiqləyər! Dərsliklər şagirdlərdə «başa düşmə qabiliyyətini» yox, «qanmaz inam» vərdişini (adətini) formalaşdırmağa indi daha çox güc verib! (Heç sovet dövründə bu qədər deyildi). «Qul yetişdirmə» məqsədinə qulluq edən təsirlərdən biridir! («Qəlizliklə» özünü ağıllı göstərən müəllif belə şeyləri heç anlamasa da! «Sotsialnaya samorequlyasiya» qanunları, digər təbiət qanunları kimi, bizim «dərk etməyimizdən» asılı olmayaraq işləyir! «Cherez nashi poshlıye jelaniya», (çoxusuna heç dəqiq ad da qoyulmayıb)».
«Rusiya, Türkiyə təşəbbüsləri problemi həll etməyəcək. Bu, tutar qatıq, tutmaz ayran siyasətidir». (Elis)
«Türkiyə-Azərbaycan, qarın qardaşdan irəlidir».
«Hökumətimiz «evdə lotudur», amma «bayırda» bütün oyunlarda uduzur. Günahı da Rusiyanın və «erməni lobbisinin» üstünə atır. «Evdə hökmranlıq» və «cibini doldurmaq»dan başqa heç nəyin dərdini çəkmirlər. Vətənin sərvətlərindən «vətən uğrunda» xərc eləmək istəmirlər».
«Mənə nə vaxtsa desələr ki, Marsa uçacaqsan inanmaram, Qarabağ məsələsinin həllində də eyni fikirdəyəm».
«Adi həyatda da belədir. Sözünün dalında «kobud güc» dayanmayıbsa, sözünü ciddi qəbul edən olmur».
«Həkimlər normal maaş almır, rüşvətxorluq hökm sürür, qanun işləmir! Ona görə bu tibbi sığortanın bizə heç bir köməyi olmayacaq. Yenə də pulsuz bizə baxmayacaqlar, süründürəcəklər, işini görsələr də, pis görəcəklər. Sağlamlığını da heç kim riskə qoymaq istəməyəcək, həkimin istədiyi «haqqı» verəcək. Bu «sığorta» adam dolamaqdır!»
«Camaatı aldadıb artıq pul yığırlar özləri üçün! (Bəyəm, büdcədəki pullar «uje» qurtarır? Oğurlamağa bir şey qalmayıb?)»
«Sizdə, yəni ABŞ-da Nuşirəvan var, radioları bağlasın?» (Rafael)
«Qonağınız yaman «bicok»dur. Cavabdan qaçdı. Görəsən, öz «işi» nədən ibarətdir? Gözəl danışmaqdan? (Deyəsən, çoxdandır Azərbaycandadır. Yəqin, xoşuna gəlib)».
«Heç kimi tənqid etməməyindən çox yaxşı bilinir, hansı yuvanın quşudur».
«Rüşvət götürəsən, sora da aldadıb atasan?! Bu, bizim milli mentalitetimizə yaraşmayan alçaqlıqdır!»
«Rüşvət «əxlaqı» bizdə qanundan da üstündür. Kimin «vicdanı» çatar, bu qaydaları pozmağa?! Bizimkilər bunu eləyiblərsə, çox böyük günah işlədiblər. Ayıb olsun! (Hökumətimiz deyəsən, «uje» çaşıb! Onları elə özümüzkilər yıxacaq!)» (Müasir qul)
25 noyabr
«Hamı bilir ki, bizim ailələrin əksəriyyətində real «xozeyin», «komandir» arvadlardır. (Döysən də, türmədəki lotular kimi sınmırlar). Boş tamadalıq eləyən əksər kişilərin boş, quru adı qalıb. Sonda yenə də arvadın istədiyi olur. Bir yandan cığal hökumət bizi qul eləyir, o biri tərəfdən evdəki arvad bizi öz məqsədlərinə tabe edir. Hətta polis işçilərimiz qadınlardan daha çox çəkinir, nəinki kişilərdən. Bundan artıq daha nə istəyirsiniz?» (İmzasız)
«Cənnət qadınların ayağı altındadır!» (Rasim)
«Heç kişilərə qarşı zorakılıqdan danışılmır. Süni mühacirət, Bakıda əxlaqsızlıq yuvalarının yaradılması və himayəsi Azəri kişisinə zorakılıq deyilmi?» (Bəxtiyar)
«Bizə emansipasiyalaşmış qadın yox, AZAD QADIN lazımdır. Yaşadığımız ölkədə isə heç kişilər də azad deyil» (İlham)
«Zorakılıq edən kişini də, zəif qadını da ana (yəni qadın özü) tərbiyə edir» (Atila)
«Sevda xanım, nə qədər ki «evlənmək», «ailə qurmaq» əvəzinə «arvad almaq» sözünü işlədəcəyik, o vaxta kimi qadın zorakılığı davam edəcək» (Xan)
«Belə bir fransız məsəli var: «Bütün işlərdə qadın axtarın» (Rasim)
«Ax qadınlar, qadınlar! Nə sizinlə mümkündür, nə də sizsiz!?» (Rövşən)
24 noyabr
«Nəhayət, Azərbaycanda şou-biznes tədbiri yox, kitabxana yubileyi qeyd olundu. Təbrik edirik» (Aydın)
«Milli Kitabxananın bir problemi var, o da oxucunun az olması deyilmi?» (Emin)
«Niyə bizdə qiymətlər və vergi Avropa səviyyəsində, maaşlar isə Azərbaycansayağıdır?» (İmzasız)
«Qardaş, bunlar xarici banklara da «şapka» verir» (İmzasız)
«Biz tariximizi bilmirik. Ona görə də özünüdərk bizdə baş verməyib. Tarixçilərimizin soyadları OV və YEV-lə bitir» (Atila)
«Dərin kədəri olan insan, əslində, yaxşı sevinə bilmir» (İmzasız)
«Görəsən onu deyən rus yazarı bilirmi ki, 20 faiz torpağı işğal olunan Azərbaycanda nə qədər general var?» (Boz qurd)
«Bizdə döyüş ruhu yalnız kasıblardadır. Varlılar pul yığmaqla məşğuldur» (Məhərrəm)
«Azərbaycanlı olmağı ilə fəxr edən əbədi lider Heydər Əliyev xalqın etalonudur» (İmzasız)
«Bizə əsgərlikdə alçalmağı yox, döyüşməyi öyrətsələr, biz də yaxşı əsgər olarıq» (İmzasız)
«O fikri deyənə söyləyin, gəlsin otursun mənim yerimdə. Görsün çörək uğrunda mən necə döyüşürəm» (Aydın)
«Bizimkilərin yaxşı bacardığı iş mollalıq, alver, rüşvətxorluq, oğurluq, yaltaqlıq, borc pul götürüb atmaq, yıxılana daş atmaq və reklamdır» (İmzasız)
«Proxanov düz deyir. Mən 88-90-cı illərdə sovet ordusunda xidmət etmişəm, orada bizimkilər «povar», anbardar, «koçeqar», «xleborezka» və uzağı sürücü idi» (İlham)
«Niyə bizim bazarda qiymət qalxmağı mümkündür, qiymətin düşməyi yox?» (Məhərrəm)
«Büdcə deyəndə, nəyi nəzərdə tuturlar? Nazirlərin cibini, yoxsa xalqın boğazını?» (Aydın)
«Hər Fironun bir Musаsı vаr» (Hаmbаl)
20 noyabr
«Təklifim var: 15 il bir kresloda oturan məmura həmin idarə və ya nazirlik ömürlük mülkiyyətə verilsin»
«Nə yaxşı ki, Heydər Əliyevin bəstəkarlıq və ya şairlik istedadı olmayıb, yoxsa millət nə Üzeyir bəyi, nə də Nizamini tanımazdılar». (Mövlan)
«Hansı ölkədə ki, hakimiyyət deyir bizdə SÖZ AZADLIĞI var, deməli, məhz həmin ölkədə bu problem var. Bizdəki kimi» (Bəxtiyar)
«Ziya bəy, Teleradio Şurasından nümayəndə dəvət etmək lazım idi, gəlməsəydi, onun üçün kreslo qoyub, müsahib kimi həmin boş kresloya müraciət etmək olardı» (Nadir)
«Söz - yalan, vicdan - saxta olan yerdə tülkülər dəlləklik edər» (Hambal)
«Böyüklərin hüquqları qorunmayan respublikada uşaqların hüququndan danışmaq absurddur»
«Salyut altında evdə 2 yaşlı oğlumun dili tutulub. Müalicəyə də pul yox» (Asif)
«Bizdə sözün düzünü deyəni «mədəniyyətsiz» və ya «böhtançı» adlandırıb ağzını bağlayırlar, türməyə salırlar» (İmzasız)
«Söz azadlığına hakimiyyətdəki neobolşeviklər düşmən kəsiliblər. TV-ni mətbəxə və toyxanaya, interneti isə raxit uşağa döndəriblər» (Eliş)
«Bizdə YALTAQLIQ AZADLIĞI VAR!» (Rövşən)
«Bir məmləkətdə ki, aslanın əlini tülkülər bağlayır, çaqqallarsa açır, o məmləkətdə heç vaxt söz azadlığından danışmaq olmaz» (İmzasız)
«Niyə ən çox şikayət olunan komitələrin rəhbərləri yenidən təsdiq olunur?»
«Şikayətlərə ciddi baxan olmayınca, bizdə həmişə məmur özbaşınalığı olacaq. Niyə başqa ölkələrdə məmurlar şikayətdən bərk qorxur, amma bizdə yox?»
«Müxalifət proletariat deyil ki, birləşsin. Müxalifət etiraz etməlidir – onu da görmürük» (Araz)
19 noyabr
«Azərbaycanda bazar iqtisadiyyatı yox, bazar iqtidarı var» (İmzasız)
«Axır vaxtlar Milli Məclisimiz, bəzi telekanallarımız kimi, qalmaqal «priyomu»ndan istifadə edir. Yoxsa, onlara fikir verən yoxdur» (İmzasız)
«Neujeli» müsbət dəyişikliklər qaldı bir də neft qurtaran vaxtlara?» (İmzasız)
«Hakimiyyət bir ayaq üstə duran insana bənzəyir» (Fəxri)
«Sizin radioya qulaq asanda insanın əsəbləri sakitləşir» (İmzasız)
«Rejim yenidən avtoritarlaşan kimi xalq da passivləşdi, ziyalılar da. Ziyalıların bir qismi yenidən hakimiyyətin qucağına atıldı, bir qismi isə özünə mənəvi haqq qazandırmaq üçün başladı xalqı passivlikdə günahlandırmağa»
«Bizim hakimiyyətlə heç fələk də bacarmaz, cənab Kramerə kimdir ki, qulaq asan. Danışıb, çıxıb getdi, vay bizim halımıza» (Gizir)
«Bir azdan Türkmənistan da bizim ardımızca gələcək» (Bəxtiyar)
«Deputatlarımız yığışıb ora, elə söhbət edirlər ki, elə bil bunlardan nəsə asılıdır» (Fərhad)
«Deyirlər şeytan bala paylayır, fikirləşirsən ki, mənim balam dəymə səndən bala istəmirəm» (İmzasız)
«Bu iqtidar heç camaatın bankdakı pullarını vermir, kasıba ev tikərmi?» (Elçin)
«10 il ərzində 3 milyard manat o deməkdir ki, orta hesabla bir aya 25 milyon manat həzm olunmalıdır. Nələr yeyilib, nələr yeyiləcək?!» (İmzasız)
«İpoteka hökumətə sərf eləmir. Evin pulunu axıra kimi verməyə heç kimin imkanı çatmayacaq. Evdən də çıxmayacaqlar. Bezmiş, acıqlı camaatımız «atmağa» hərif axtarır» (İmzasız)
«Bizim başımız onsuz da bəlalıdır. Üstəlik, özümüzü onlara borclu da etməliyik!... Hələ ağlımı itirməmişəm» (Zaur)
18 noyabr 2008
«Mən özün naxçıvanlıyam. Çörək yox, təyyarə bileti imtahanına düşmüşəm, hələ çıxa bilmirəm. Bahalıqdı...»
«Səngərdə oturmaqdan bezən əsgərdən bütün xalq ibrət götürməlidir. Ziyalılardan isə danışmayın. Onların çoxu əqidələrini ordenə satıb» (Gizir)
«Biz SSRİ zamanı qeyri-millətlərdən öz haqlarımızı tələb edə bilirdik. Amma indi millətimiz bir, qanımız bir, dinimiz bir olsa da, bir-birimizin qanını içirik. Kasıbların haqlarını tapdalayır, onları alçaltmaqdan belə çəkinmirik. Buna ancaq təəssüflənmək olar» (Zaur)
«Deyirlər, yalançı müxalifətin dalında hökumət, real müxalifətin dalında isə xarici qüvvələr durur – onların da əsl məqsədi «sözəbaxan hökumət» yaratmaqdır. Bəlkə buna görə sadə camaatın real konkret hüquqlarını müdafiə edən partiyalar, təşkilatlar yoxdur?» (Qul)
«Deyə bilərsinizmi, hansı bir partiya dövləti qəbul etdiyi hansısa qərara görə məhkəməyə versin?» (Xətai)
«Bəlkə «partiyaların» yerinə bizə real və güclü həmkarlar təşkilatı lazımdır?» (Qul)
«Məncə, partiyaların dövlətdən maliyyələşməsi onsuz da təsir qüvvəsinə malik olmayan müxalifəti nokaut etmək olardı»
«Salam. Partiyaların xeyirlilik diaqnozunun indikatorları nələrdir və onu hansı iqtidar «həkimi» müəyyənləşdirir?»
«Voobşe, «partiya» nəyə deyirsiniz?»
«Siyasi partiyaların hakimiyyətə gəlmək arzusu normaldır. Amma bu, məqsəd deyil, vasitədir. Məqsəd – daha yaxşı idarəetmə, daha çevik daxili və xarici siyasət, həqiqi azadlıq və demokratiya yolu ilə xalqın güzəranının müasir standartlara çatdırılmasıdır. Partiyalar məhz bu məsələlər ətrafında rəqabət aparmalıdır. Belə olan halda xalqın seçimi asanlaşar. Amma bunun üçün azad və ədalətli seçkilər olmalıdır. Demokratik seçki olmayan cəmiyyətdə partiya nəyə lazımdır?» (Rafiq)
«Bizim insanlar mikrofon görəndə həyatları əmin-aman olur» (Vüsal)
«Bakı bəyannaməsi «balanslaşdırılmış xarici siyasətimizin» daha bir gözəllik konturudur» (Bəxtiyar)
«İqtidar xalqa dərdi xalis, dərmanı isə saxta verir»
«Deyirəm, bəlkə bizdə orta yaş həddinin yüksəldilməsini istəməyən qüvvələr var? Ona görə apteklərdən saxta dərmanları çıxarmaq istəmirlər?» (Xan)
«Artıq 18 ildən çoxdur ki, xəstələnəndə nə həkim çağırıram, nə də dərman atıram. Çünki nə həkimə etibar edirəm, nə də dərmanlara. Xəstələnəndə dədə-baba üsullarından istifadə edirəm – isti çay və ya şorba içib tərləyirəm. Maraqlı bir şey kəşf etmişəm. Dərmansız da 3-4 günə sağalıram. Yəni, dərman atdın-atmadın, fərq eləmir. Həm də indi əvvəlkindən xeyli gec-gec xəstələnirəm» (Qul)