Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 01:32

Əsgərin meyitini hələ də götürmək mümkün olmayıb


İki gün əvvəl təmas xəttində atəşkəsin pozulması nəticəsində həlak olmuş Azərbaycan əsgərinin meyitini hələ də erməni tərəfdən götürmək mümkün olmayıb. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu belə deyib.
Noyabrın 16-da gecə saatlarında cəbhənin Füzuli istiqamətində atışma başlayıb. Döyüş növbəsi çəkən əsgər Orxan Şamilov atəşi susdurmağa çalışıb. Nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 əsgərini öldürəndən sonra, Orxanın özü də həlak olub.
XS
SM
MD
LG