Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:19

«Qarabağ münaqişəsinin həllindən Ermənistan yalnız qazana bilər»


«Qarabağ münaqişəsinin həllindən Ermənistan yalnız qazana bilər». Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Ermənistanın «Mediamax» İnformasiya Agentliyinə müsahibəsində belə deyib.
Məmmədyarov deyib ki, «Dağlıq Qarabağ münaqişəsinin həlli həm Azərbaycanın, həm də Ermənistanın marağındadır və hətta bu məsələ Ermənistanı daha çox maraqlandırır, nəinki Azərbaycanı».
Nazirin sözlərinə görə, münaqişə həll ediləcəyi təqdirdə, Azərbaycanın torpaqları azad ediləcək və qaçqınlar evlərinə qayıdacaqlar. Ancaq bu işdə ermənilər daha çox qazanacaqlar.
E.Məmmədyarov Ermənistanın regional layihələrdə iştirak etmədiyini, investisiyalardan kənarda qaldığını deyib. O, vurğulayıb ki, danışıqlar prosesində irəliyə getmək üçün zəmin yaranıb «və biz bundan istifadə etməliyik».
E.Məmmədyarov bildirib ki, Ermənistan qoşunları işğal edilmiş torpaqlardan çıxarılmamış və məcburi köçkünlər yurd-yuvalarına qaytarılmamış, Qarabağın statusu məsələsinin həlli nə hüquqi, nə də texniki cəhətdən mümkündür.
XS
SM
MD
LG