Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:39

«Şərq partnyorluğu» təşəbbüsü Bakının üzərinə öhdəliklər qoyur


Benita Ferrero-Valdner dekabrın 3-də «Şərq partnyorluğu» çərçivəsində fərdi və regional proqramlar üzrə prezentasiya keçirəcək
Benita Ferrero-Valdner dekabrın 3-də «Şərq partnyorluğu» çərçivəsində fərdi və regional proqramlar üzrə prezentasiya keçirəcək
Avropa İttifaqının (Aİ) xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner dekabrın 3-də qurumun Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusla əməklaşlığını əhatə edən «Şərq partnyorluğu» çərçivəsində fərdi və regional proqramlar üzrə prezentasiya keçirəcək. Komissarın mətbuat katibi Kristian Hohmanın «Turan»a dediyinə görə, təşəbbüs Aİ-nin şərq qonşuları ilə partnyorluğunun möhkəmləndirilməsini nəzərdə tutur.

K.Hohmanın sözlərinə görə, Azərbaycanla əməkdaşlıq proqramı siyasi islahatların davam etdirilməsini, xüsusən, siyasi partiyaların normal fəaliyyəti üçün şərait yaradılmasını, fikir plüralizminin təmin edilməsini, səhiyyənin səviyyəsinin yaxşılaşdırılmasını, məhkəmə və təhsil sistemlərində yenidənqurmanı əhatə edir.
Prezentasiya zamanı partnyor ölkələrlə, o cümlədən jurnalistlər üçün videokonfransların təşkili planlaşdırılır. Bundan başqa, 2009-cu ilin aprelində Aİ Azərbaycanın Avropa Qonşuluq Siyasəti çərçivəsində öhdəliklərini yerinə yetirməsi ilə bağlı hesabat dərc etməyə hazırlaşır.

Sənəddə bir sıra sahələrdə irəliləyişlərin qeyd olunması ilə yanaşı, Azərbaycan hakimiyyətinin demokratikləşmə, söz azadlığının təmin edilməsi, seçki prosesində islahatların davam etdirilməsi və s. istiqamətlərdə hələ çox işlər görməli olduğu vurğulanır.
Bu il mayın 26-da Polşa və İsveç Aİ Xarici İşlər nazirlərinə şərq qonşuları üçün vahid forum - «Şərq partnyorluğu» yaradılması haqda təklif təqdim ediblər. Foruma İttifaqın 27 dövləti, həmçinin Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycan daxil olacaq. Bu qurum çərçivəsində viza rejimi, azad ticarət zonalarının tətbiqi, strateji sazişlərin imzalanması haqda danışıqlar aparılacaq. Həmçinin, tələbə mübadiləsi, ətraf mühitin mühafizəsi, enerji təchizatı üzrə kiçik layihələr həyata keçiriləcək. Belarus yeni təşəbbüsə yalnız ekspertlər səviyyəsində qoşula bilər.
Aİ-nin Nazirlər Şurası bu il iyunun 20-də «Şərq partnyorluğu» forumunun yaradılması, regional və ikitərəfli səviyyədə əməkdaşlığın inkişaf etdirilməsi təklifini təqdir edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG