Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 23:03

2 erməni hərbçisini öldürən əsgər özü də həlak olub


Azərbaycan Milli Ordusunun əsgəri Orxan Şamilov iki erməni hərbçisini öldürdükdən sonra həlak olub. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Eldar Sabiroğlu «Turan»a belə deyib. Onun sözlərinə görə, noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Füzuli rayonu istiqamətində atəşkəs rejimini yenidən pozub:
«Gecənin qaranlığında döyüş növbəsi çəkən əsgər Orxan Şamilov atəşi susdurmağa çalışıb. Bir neçə dəqiqə atışmadan sonra O.Şamilov səngərdən çıxaraq, atəş aça-aça erməni tərəfə doğru irəliləyib. O, iki erməni əsgərini öldürüb və sonra özü də həlak olub».

Məlumata görə, Azərbaycan əsgərinin meyiti erməni tərəfə çox yaxın ərazidə qalıb. Hazırda əsgərin meyitinin götürülməsinə çalışılır.

E.Sabiroğlu erməni tərəfinin Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının cəbhə xəttində Ermənistan Ordusunun bölmələrinin arxasına keçmək cəhdi ilə bağlı xəbərini təkzib edib:
«Bu, erməni tərəfinin uydurmasıdır».

Əsgər Orxan Şamilov bu ilin aprelində Tərtər rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
XS
SM
MD
LG