Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:54

Şeyx: «Rüşvət almağımla bağlı xəbərlər əsassızdır»


«Mənim Küveyt vəqflərindən rüşvət almağımla bağlı yayılan xəbərlər, yumşaq desəm, əsassızdır».
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 17-də keçirdiyi mətbuat konfransında belə deyib. O, Küveyt vəqflərindən rüşvət alması barədə qəzetlərdə gedən informasiyaların heç bir əsası olmadığını bildirib. A.Paşazadə son 20 ildə QMİ-yə cəmi iki dəfə xaricdən yardım edildiyini, bir dəfə Küveytdən 132 min dollar, digər halda isə Səudiyyə Ərəbistanından 200 min dollar yardım daxil olduğunu deyib.
Küveytdən daxil olan yardımın taleyi ilə maraqlanmadığını deyən A.Paşazadə Səudiyyə Ərəbistanından daxil olan yardımın üstünə 50 min də qoyaraq, 250 min dollar həcmində dini universitet tikmək istədiklərini, amma son anda buna rəsmi Bakı tərəfindən razılıq verilmədiyini deyib.
/Turan/
XS
SM
MD
LG