Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:05

Tərtərdə mina partlayıb.Yaralanan var


Noyabrın 16-da Tərtər rayonunun Qapanlı kəndi ərazisində 1987-ci il təvəllüdlü Ağdam rayon sakini, məcburi köçkün Qurbanov Abdulla Novruz oğlu atla tank əleyhinə minaya düşüb. Nəticədə o, sağ qolundan və döş nahiyəsindən müxtəlf zədələr alıb və bir gözünü itirib.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) «Turan»a verilən məlumata görə, ilkin tibbi yardımdan sonra yaralı Bakı şəhərindəki xəstəxanalardan birinə gətirilib.
XS
SM
MD
LG