Eynulla Fətullayev dünya yazarları birliyi – «PEN» Amerika Mərkəzinə fəxri üzv seçilib. Həmin qurum noyabrın 15-ni Həbsdə Olan Yazarlar Günü kimi qeyd edir.
E.Fətullayevin atası Emin Fətullayev: «PEN» doğrudan da, nüfuzlu bir təşkilatdır, 31 ölkədə fəaliyyət göstərir. Eynullanın fəxri üzv seçilməsi əlbəttə ki, böyük fəxrdir. Həmin təşkilatın Azərbaycanda nümayəndəsi Maqsud İbrahimbəyovdur. Rusiyada Rüstəm İbrahimbəyov, İngiltərədə isə Salman Rüştü».
«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru E. Fətullayev ötən il məhkəmənin qərarı ilə 8 il 6 ay azadlıqdan məhrum edilib. O, terrorla hədələmədə, mili ədavəti qızışdırmaqda və vergidən yayınmaqda ittiham edilir. Jurnalist özü isə həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu iddia edir.