Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:33

Azərbaycan neft istehsalını azaldır


Rövnəq Abdullayev: «Azərbaycanda neft məhsullarının qiymətləri dünya bazarına bağlı deyil»
Rövnəq Abdullayev: «Azərbaycanda neft məhsullarının qiymətləri dünya bazarına bağlı deyil»
Azərbaycan neft istehsalını 5 milyon ton azaldır. Bunu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.
Neft hasilatının azalmasına iki səbəb göstərilir: birincisi, dünya bazarında neftin qiymətinin düşməsi, ikincisi «Azəri» platformasında texniki nasazlığın baş verməsi. Şirkət prezidenti bildirib ki, bu il üçün neft istehsalı 50 milyon ton nəzərdə tutulmuşdu.

O, eyni zamanda bildirib ki, Azərbaycanda neft məhsullarının qiymətləri dünya bazarına bağlı deyil. «Biz bu qiymətləri müəyyənləşdirəndə dünyada neftin qiyməti 50 dollar idi. Dünyada neftin qiyməti 140 dollara qalxanda, bu rəqəmlər dəyişmədi. Yəqin ki, bundan sonra da dəyişməyə ehtiyac olmayacaq». R.Abdullayev ümumiyyətlə Azərbaycanda neft məhsullarının qiymətinin dünya qiymətlərindən çox-çox aşağı olduğunu deyir.

Dünyada neftin qiymətinin düşməsi Azərbaycanın dövlət büdcəsinə nə dərəcə də təsir göstərəcək sualına gəlincə şirkət prezidenti bildirib ki, bunun elə də təsiri olmayacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG