Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:45

«Ümidvarıq ki, hökumət xarici radioların vacibliyini başa düşür»


«Azərbaycan vətəndaşları bu radioların cəmiyyətdə inkişaf proseslərinə verdiyi töhfələri çox yaxşı başa düşürlər»
«Azərbaycan vətəndaşları bu radioların cəmiyyətdə inkişaf proseslərinə verdiyi töhfələri çox yaxşı başa düşürlər»
«Azadlıq», BBC, «Amerikanın səsi» radiolarının milli tezliklərdə fəaliyyətinin mümkün olmaması barədə məlumatlardan biz öz dərin narahatlığımızı bildirmişik. Artıq bildiyiniz kimi sözü gedən radioların Azərbaycan ərazisində öz proqramlarını yayması bizim dövlətlər arasında olan məqsədlərdən biri kimi səciyyələndirilə bilər». Amerikanın Azərbaycandakı səfiri Enn Ders noyabrın 13-də jurnalistlərə belə deyib.
«Bu istiqamətdə Azərbaycan Respublikasının rəsmiləri ilə müxtəlif səpkidə danışıqlarımız olub. Ümidvarıq ki, Azərbaycan hökuməti bizim mövqeləri, bu kimi radioların fəaliyyətini davam etdirməsinin mahiyyətini və vacibliyini başa düşür»-, deyə diplomat bildirib. O, daha sonra vurğulayıb ki, Azərbaycan vətəndaşları da bu radioların cəmiyyətdə inkişaf proseslərinə verdiyi töhfələri çox yaxşı başa düşürlər.

«Artıq düşünürəm ki, məhz tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərərək biz «Azadlıq», BBC və «Amerikanın səsi» radiolarının Azərbaycanda fəaliyyətini müşahidə edəcəyik. Bu radioların fəaliyyəti Azərbaycan mediasının inkişafına töhfə verməkdə davam edəcək».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG