Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

«Təəssüf ki, bu gün işləyirik»


Fuad Ağayev: «Azərbaycan Konstitusiyasının qəbul edilməsi prosedurunda bir sıra problemlər var»
Fuad Ağayev: «Azərbaycan Konstitusiyasının qəbul edilməsi prosedurunda bir sıra problemlər var»
«Azərbaycan Konstitusiyasının qəbul edilməsi prosedurunda bir sıra problemlər var»-, «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı tanınmış vəkil Fuad Ağayev belə deyir. Onun sözlərinə görə, Konstitusiya qanunu layihəsi 1995-ci il oktyabrın 15-də ümumxalq müzakirəsi üçün dərc edilib: «Tövsiyə edildi ki, layihə ilə bağlı bütün təkliflər oktyabrın 30-a qədər Konstitusiya Komissiyasına təqdim edilsin. Müstəqil Azərbaycanın tarixində ilk Konstitusiya qanununa görə 15 gün kifayət qədər qısa müddət oldu».
Fuad Ağayev xatırladır ki, hələ ilk dəfə 1989-cu ildə Ali Sovetdə Azərbaycanın Konstitusiya qanunu müzakirə edilib: «Həmin Konstitusiya qanununun hazırlanması üzrə işçi qrupun üzvlərindən biri də mən idim. Məhz həmin qanunda ilk dəfə olaraq Azərbaycanın, o cümlədən Dağlıq Qarabağ ərazisində suverenlik hüququnu təsdiq edən norma bir daha öz əksini tapdı. Paralel olaraq Konstitusiyada müvafiq dəyişiklik edildi ki, bilavasitə SSRİ hakimiyyətinin öz mülahizəsinə əsasən Azərbaycan Respublikası sərhədlərində hansısa bir dəyişikliyə yol verilməsin. Bilirsiniz ki, 1991-ci ildə Azərbaycanda Xalq Hərəkatı qüvvətli idi. O zamankı iqtidar da danışıqlara, əməkdaşlığa meylli idi. Bunun nəticəsi olaraq, həm iqtidar, həm də müxalifət tərəfi qanun layihəsi hazırladılar. İşçi qrupu bu layihələr əsasında vahid layihə ortalığa qoydu. 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsi haqda konstitusiya aktı qəbul edildi».

Fuad Ağayev Konstitusiya Gününün bayram günü kimi qeyd olunmadığından təəssüflənir: «Bu, Azərbaycan Respublikası müstəqilliyini Konstitusiya norması səviyyəsində bərqərar edən ilk sənəd oldu. Həm oktyabrın 18-i, həm də noyabrın 12-i qeyri-iş günü olmalıdır».

Buna da bax:

XS
SM
MD
LG