Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:20

Azərbaycanın strateji valyuta ehtiyatları 18.2 mlrd. dollardır


Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 18.2 mlrd. dollar, ölkənin ümumi xarici borcu 8 mlrd. dollar, xarici kreditor mövqeyi isə 11 mlrd. dollardır.

Milli Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov parlamentdə çıxışında belə deyib: «Xarici valyuta ehtiyatlarımız bütün borclarımızı iki dəfə üstələyir. Böyük həcmdə likvid aktivlərin olması Azərbaycanın bu vəsaitlərdən həm büdcə, həm də daxili monetar problemlərin həlli, tədiyyə balansının kəsirini ödəməyə imkan verir».
E.Rüstəmovun sözlərinə görə, strateji ehtiyatlar ölkənin 28 ay ərzində idxala olan tələbatını fasiləsiz ödəyə bilər, beynəlxalq normalarda isə bu, ən azı 3 aya bərabər olmalıdır. O, əlavə edib ki, hazırda Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi 6 min dollara çatıb.
XS
SM
MD
LG