Noyabrın 10-da prezident Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Nazirlər Kabineti «Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı»nın layihəsini altı ay müddətində hazırlayıb, prezidentə təqdim etsin.
Sərəncama görə Bakı Metropoliteni İdarəsinə Prezidentin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayrılacaq.