Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:01

Avropa Birliyinin xarici radiolarla bağlı narahatlığı


Riina Kionka
Riina Kionka
Avropa Birliyinin təmsilçisi Azərbaycan hökumətinin xarici radiolarla bağlı planından narahatdır.

Birliyin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarının insan haqları təmsilçisi Riina Kionka bəyanat yayıb:

«Mən Azərbaycan hökumətinin «Azadlıq», «Amerikanın səsi» və BBC kimi beynəlxalq radioların yerli yayımını bu ilin sonuna kimi dayandıracağı barədə məlumatlardan çox narahat oldum. Müstəqil və dinamik yayımı ilə «Azadlıq», «Amerikanın səsi» və BBC radioları Azərbaycanın inkişafında mühüm rol oynayır. Avropa Birliyinin mahiyyəti açıq və məlumatlı cəmiyyətlərin formalaşmasına yardımdır».

R. Kionka bu istiqamətdə inkişafın Azərbaycanın özünün marağında olduğuna inandığını bildirib.

«1980-90-cı illərdə «Azadlıq» radiosunda işlədiyimdən Azərbaycanda mətbuatın azadlığı məsələsinə xüsusi diqqət yetirirəm», - deyən Riina Kionka bu məsələni 2007-ci ilin iyulunda Bakıda səfərdə olarkən xüsusi qabartdığını xatırladıb. O deyib ki, vəziyyəti bundan sonra da diqqətlə izləyəcək.

Riina Kionka AB Xarici Siyasət İdarəsinin rəhbəri Havyer Solananın insan hüquqları məsələləri üzrə xüsusi təmsilçisidir.

ABŞ Dövlət Departamenti də Azərbaycan Milli Televiziya və Radio Şurasının xarici radiolarla bağlı planından narahatdır.

Milli Televiziya və Radio Şurası bəyan edib ki, gələn ildən ölkədə fəaliyyət göstərən xarici radiostansiyaların sərbəst tezlikdə yayımı dayandırılacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG