Gələn il Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşlarının sayı artırılacaq.
Bunu Maliyyə naziri Samir Şərifov dövlət büdcəsinin Milli Məclisin komissiyalarında müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, XİN-ə əlavə ştat verilməsi barədə artıq qərar qəbul olunub.
Bəzi millət vəkilləri müzakirə zamanı XİN personalının azlığından şikayətləniblər.