Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:32

Söz azadlığının müdafiəsində hakimlərin rolu müzakirə ediləcək


Noyabrın 29-da Bakıda «Söz azadlığının müdafiəsində hakimlərin və məhkəmələrin rolu» mövzusunda dəyirmi masa keçiriləcək. Məhkəmə-Hüquq Şurası, Azərbaycan Hüquqşünasları Konfederasiyası və Amerika Hüquqşünaslar Assosiasiyasının birgə əməkdaşlığı ilə baş tutacaq bu tədbirdə müxtəlif məhkəmələri təmsil edən 40-a yaxın hakimin iştirak etməsi nəzərdə tutulur.
Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi Nadir Adilovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, toplantıda müxtəlif məhkəmə işləri, o cümlədən «New York Times Sallivana qarşı» məhkəmə işi təcrübi baxımdan müzakirə olunacaq.
Dəyirmi masada Amerika Hüquqşünaslar Assosiasiyasının eksperti, hüquq elmləri doktoru, professor Entoni Vinter ABŞ-da söz azadlığının müdafiəsində hakimlərin və məhkəmələrin rolu barədə məruzə ilə çıxış edəcək.
XS
SM
MD
LG