Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:46

«Neftin ucuzlaşması büdcənin icrasına problem yaratmayacaq»


«­Gə­lən ilin döv­lət büd­cə­sin­də nef­tin qiy­mə­ti­nin 1 ba­rel üçün 70 dol­la­r nə­zər­də tu­tul­ma­sı gə­lə­cək­də heç bir prob­lem ya­rat­ma­ya­caq».
He­sab­la­ma Pa­la­ta­sı­nın səd­ri Hey­dər Əsə­dov belə deyir. Onun söz­lə­ri­nə gö­rə, Pa­la­ta bu­nun­la bağ­lı bir sı­ra he­sab­la­ma­lar apa­rıb. Bu za­man mə­lum olub ki, gə­lən il nef­tin qiy­mə­ti 50 dol­la­ra qə­dər ucuz­laş­sa belə, bu, büd­cə­nin ic­ra­sı­na prob­lem ya­rat­ma­ya­caq.
«Əgər nef­tin qiy­mə­ti­nin ucuz­laş­ma­sı da­vam edər­sə, ba­zar­da da qiy­mət­lər aşa­ğı dü­şə­cək. Nə­ti­cə­də döv­lət büd­cə­si la­yi­hə­sin­də nə­zər­də tu­tu­lan inf­rast­ruk­tur la­yi­hə­lə­ri­nin də də­yə­ri aza­la­caq».
H.Əsədov digər arqument kimi gə­lən ilin büd­cə­sin­də gə­lir­lə­rin for­ma­laş­dı­rı­la­ca­ğı sa­hə­lə­rin neft­dən ası­lı ol­ma­ma­sını göstərir. Yə­ni ver­gi­lər, özəl­ləş­dir­mə­dən gə­lən gə­lir­lər, göm­rük rü­sum­la­rı əv­vəl­cə­dən nə­zər­də tu­tul­du­ğu qay­da­da top­la­na­caq. On­la­rın həc­mi­nə nef­tin qiy­mə­ti heç bir tə­sir et­mə­yə­cək.
He­sab­la­ma Pa­la­ta­sı­nın səd­ri həmçinin hö­ku­mə­tə məs­lə­hət görür ki, növ­bə­ti il­lər­də xa­ri­ci borc­lan­ma aza­dıl­ma­lı­dır. Onun söz­lə­ri­nə gö­rə, büd­cə təs­diq olu­nar­kən tək­cə bir il üçün de­yil, növ­bə­ti il­lər üçün də borc­lan­ma li­mi­ti müəy­yən­ləş­di­ril­mə­li­dir.
XS
SM
MD
LG