Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 23:20

«Azadlıq» radiosu ABŞ-Azərbaycan münasibətlərinin ayrılmaz hissəsidir»


Enn Ders «Azadlıq» radiosunun «İşdən sonra» proqramında
Enn Ders «Azadlıq» radiosunun «İşdən sonra» proqramında
«Azadlıq» radiosu son 15 il ərzində - keçmiş prezident Heydər Əliyev bu stansiyaya Azərbaycanda fəaliyyət göstərmək imkanı verdikdən sonra, -Azərbaycanın inkişafına çox böyük təkanlar və töhfələr verib».

ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders «Azadlıq» radiosunun «İşdən sonra» proqramında belə bəyanatla çıxış edib. Səfirin sözlərinə görə, Birləşmiş Ştatlar inanır ki, məlumatlı vətəndaş mədəniyyəti hər bir demokratiyanın əsas amillərindəndir:

«Sıravi vətəndaşların məlumatlandırılması və maarifləndirilməsində məhz obyektiv, peşəkar tərzdə fəaliyyət göstərən medianın böyük rolu var. «Azadlıq» radiosu son 15 ildə bu işdə və bu sahədə əslində öz əvəzsiz, çox dəyərli olan töhfələrini verib. «Azadlıq» radiosunu ABŞ-Azərbaycan münasibətlərinin ayrılmaz bir hissəsi kimi səciyyələndirərdim».

Xanım Ders əlavə edib ki, çoxsaylı azərbaycanlılar gündəlik olaraq məhz «Azadlıq» radiosunun dinləyiciləridir:

ABŞ səfirinin sözlərinə görə, «Azadlıq» radiosunun və onunla yanaşı BBC və «Amerikanın səsi» radiolarının məhz Azərbaycana məxsus olan milli tezliklərdə yayımının hüquqi və texniki cəhətdən mümkün olmadığını ortaya qoyan son bəyanatlardan xəbəri var:

«Biz Amerikanın səsi, Azad Avropa/Azadlıq Radiosu və BBC-nin Azərbaycanda fəaliyyətinə mane olan hər hansı inkişafdan çox narahat olacağıq. Odur ki, Azərbaycan xalqının müstəqil informasiyanın önəmli mənbələrindən məhrum olmaması üçün ortaya çıxan məsələlərin çözülməsi naminə tərəfdaşımız olan Azərbaycanla işləyəcəyik».

Enn Ders bildirib ki, radioların peyk vasitəsilə və ya internetlə yayım variantları təklif olunur:

«Azərbaycanın kommunikasiya infrastrukturunun hələ inkişaf etməkdə olduğunu nəzərə alsaq, bu əslində vəziyyətdən çıxış yolu deyil. Lakin əminəm ki, fəaliyyətlərimizi davam etdirərək «Azadlıq» radiosunun efirdə qalması üçün yol tapa biləcəyik. ABŞ-da keçən prezident seçkisi də onu göstərdi ki, demokratiyanın ayrılmaz hissəsi məhz tam məlumatlı vətəndaş cəmiyyətinin olmasıdır. Bu istiqamətdə tamamilə müstəqil, etik normalara riayət edən, obyektiv və peşəkar medianın rolu çox vacibdir».

Buna da bax:

XS
SM
MD
LG