Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:38

E.Namazov: «Dəfələrlə təklif olunan vəzifələrdən imtina etmişəm»


«Əgər indi yenə həmin siyasət aparılırsa, mən qayıda bilmərəm»
«Əgər indi yenə həmin siyasət aparılırsa, mən qayıda bilmərəm»
«Azadlıq»: Eldar Namazov deyir ki, ona dəfələrlə vəzifəyə qayıtmaq təklif olunsa da, o, imtina edib. «Çünki, bu komanda ilə işləmək çox çətin olacaq. Xalq artıq heç nəyə və heç kimə inanmır. Sahibkarlıq bir tərəfdən sıxışdırılır, korrupsiya baş alıb gedir. Mən elə istefaya da buna görə getdim. Əgər indi yenə həmin siyasət aparılırsa, mən qayıda bilmərəm».
«Yeni Azərbaycan»: Qazaxıstanın «Tengiz» yatağından çıxarılan neftin BTC ilə ixracına başlanılması beynəlxalq miqyaslı layihənin regionda strateji əhəmiyyətini daha da möhkəmləndirir. Hakim partiyanın orqanı Qazaxıstan hökumətinin bu ölkənin neftini Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql etməsi barədə qərarını şərh edərkən belə yazıb:
«Qazaxıstan bu ilin sonuna kimi BTC ilə 300 min tona yaxın neft nəql etməyi nəzərdə tutur. «Kaşaqan» yatağından neft hasilatının artırılması isə BTC ilə illik nəql olunan neftin həcmini 15-20 milyon tona çatdıracaq. Belə vəziyyətdə BTC-nin nəql gücünün artırılmasına ehtiyac yaranır. Xatırladaq ki, hazırda BTC-nin ixrac gücü 1 milyon barelə bərabərdir».
«525»: «Bilmirdim ki, son mahnısını Müslüm Yeseninin sözlərinə bəstələyib. Nəyə görə zəngin Yesenin irsindən məhz bu sözləri seçib? Bu seçimdə məncə bir öncəduyum var. O, sanki doğma şəhəri ilə əbədi vidalaşdığını, onu əfsus ki, bir daha görməyəcəyini əvvəlcədən duymuşdu». Xalq yazıçısı Anarın dünya şöhrətli müğənni Müslüm Maqomayev haqqında məqaləsi «Müslümlə vidalaşma» adlanır.

«Ekspress»: «Xaricdən gətirilən toyuq məhsullarında kimyəvi birləşmələr var». Azərbaycana idxal olunan toyuq məhsullarında insan orqanizmi üçün ziyanlı kimyəvi birləşmələri (azot və xlor birləşmələri, antibiotiklər) var və buna görə də bu məhsulları almaq məsləhət görülmür.
Bu barədə İstehlak Tədqiqatları Mərkəzi məlumat yayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG