Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:13

AŞ PA prezidenti dialoqu davam etdirməyə çağırır


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Maria de Puç Azərbaycan, Rusiya və Ermənistan prezidentlərini dialoqu davam etdirməyə çağırıb. O, İlham Əliyevi, Serj Sərkisyanı və bu görüşə vasitəçi olan Dmitri Medvedevi problemin dinc vasitələrlə həlli yönündə səylərə görə təbrik edib.
Luis Maria de Puç intensivliyə, diplomatik səyə və etimada söykənən bu dialoqu bütün region üçün ümid pəncərəsi kimi dəyərləndirib:
«Bu ilin iyulunda Bakı və Yerevana səfərimdə dediyim kimi, münaqişəni beynəlxalq standartlara, AŞ üzvü olarkən hər iki dövlətin üzərinə götürdüyü öhdəliklərə uyğun siyasi yolla həll etmək üçün AŞ PA ötən 15 ildə inadla çalışıb və indi tərəflər həllə daha yaxındırlar».
Luis Maria de Puç bu prosesin uğurla başa çatması üçün Azərbaycan və Ermənistan parlamentlərinə kömək etməyə hazır olduqlarını bəyan edib.
Noyabrın 2-də Moskvada İlham Əliyev, Serj Sərkisyan və Dmitri Medvedevin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bəyannamə imzalanıb.
/Turan/
XS
SM
MD
LG