Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:48

Metyu Brayza: «İndiyə qədər dövlət başçıları ciddi qərarlar qəbul etməyə hazır deyildilər»


ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza prezidentlərin Moskvadan imzaladıqları bəyannaməni şərh edərkən bildirib ki, indiyə qədər dövlət başçıları ciddi qərarlar qəbul etməyə hazır deyildilər. Brayza ANS-ə müsahibəsində deyib ki, artıq Ermənistan və Azərbaycan prezidentləri bir-birini yaxşı tanıyırlar və ciddi qərarlar qəbul etməyə də hazırdırlar. Onun fikrincə, Moskva bəyannaməsində münaqişənin yalnız siyasi yolla və ATƏT-in Minsk Qrupu ilə birgə həlli kimi vacib bəndlər var. Və bu sənəd münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun Amerika, Fransa və Rusiyadan ibarət olan həmsədrlərinə uğurlu danışıqların aparılması üçün geniş imkanlar verəcək.

Metyu Brayza müsahibəsində ABŞ-ın da bu sənədi dəstəklədiyini deyib.
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 2-də Moskvada Qarabağ münaqişəsinin həllinə dair Ermənistan prezidenti Serj Sarkisyanla birgə bəyannamə imzalayıb. Bəyannamənin mətnini jurnalistlərə görüşü təşkil edən Rusiya prezidenti Dmitri Medvedyev təqdim edib.
XS
SM
MD
LG