Noyabrın 5-də Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri gözlənilir.
İ.Əliyevi Türkiyəyə prezident Abdullah Gül dəvət edib. Məlumatı CNN Türk televiziyası yayıb.
Prezidentlərin təkbətək görüşündən sonra, nümayəndə heyətləri bir araya gələcək.
Noyabrın 14-də isə Abdullah Gülün Bakıda keçiriləcək enerji sammitinə qatılacağı gözlənilir.