Keçid linkləri

Təcili xəbərlər
2023, 08 İyun, Cümə axşamı, Bakı vaxtı 05:03

Avropa Komissiyasının sədri İlham Əliyevi təbrik edib


Avropa Komissiyasının sədri Joze Manuel Barozzo İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
Cənab Barozzo bunu Cənubi Qafqaz üçün əhəmiyyətli məqam kimi dəyərləndirir, Azərbaycanın bölgədə öz mühüm rolunu oynamağa davam edəcəyinə inandığını vurğulayır.
Joze Manuel Barozzo bildirir ki, Azərbaycan Avropa İttifaqı ilə Yeni qonşuluq siyasətinə dair fəaliyyət planını qəbul edərək, Avropaya inteqrasiya prosesinin irəliləyişi istiqamətində öz iradəsini nümayiş etdirib. Eyni zamanda, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi üçün çox mühüm və etibarlı tərəfdaşa çevrilib.
Barrozu hesab edir ki, i.Əliyevin yenidən prezident seçilməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə öz töhfəsini verəcək.
XS
SM
MD
LG