Keçid linkləri

Təcili xəbərlər
2023, 23 Sentyabr, şənbə, Bakı vaxtı 16:13

ABŞ Rusiyanın təşəbbüsünü bəyənir


Şon MakKormak: «Moskvanın təşəbbüsünü alqışlayırıq və ümid edirik ki, bu təşəbbüs uğurlu olacaq»
ABŞ Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinin fəallaşdırılması üzrə təşəbbüsünü alqışlayır. Bu barədə Vaşinqtonda keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Şon MakKormak bildirib:
«Biz bu problem üzərinə kifayət qədər uzun müddət işləmişik və o cümlədən, məsələnin həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində çox səy göstərmişik. Moskvanın təşəbbüsünü alqışlayırıq və ümid edirik ki, bu təşəbbüs uğurlu olacaq»-, deyə Şon MakKormak noyabrın 2-də Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin Moskvada keçiriləcək görüşünü şərh edərkən qeyd edib.
XS
SM
MD
LG