Keçid linkləri

2017, 26 May, Cümə, Bakı vaxtı 19:03

«İdeal» qəzetilə bağlı Baş Prokurorluğa müraciət edilib


Mətbuat Şurası (MŞ) «İdeal» qəzetilə bağlı araşdırma aparılması üçün Baş Prokurorluğa müraciət ünvanlayıb. Bu xəbər «Turan»a MŞ-dan daxil olub.
Xəbərdə deyilir ki, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Qarabağ müharibəsi veteranı Səbirə Mahmudova bu qəzetdə şərəf və ləyaqətlərinin təhqirinə yönələn yazılar dərc edildiyini bildiriblər.
MŞ materialları araşdırdıqdan sonra şikayət müəlliflərinin haqlı olduğu qənaətinə gəlib.
Şura bu qəzet barədə əvvəllər də onlara çoxsaylı şikayətlər daxil olduğuna diqqəti çəkir. Qurum «İdeal»la bağlı bir sıra rəy və qərarlar qəbul etdiyini, amma nəşr rəhbərliyinin bundan nəticə çıxarmadığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG