Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 10:56

Azərbaycanlı məhbusları azadlığa ağır şərtlərlə buraxdılar


Təbriz həbsxanasının qarşısında toplaşan məhbus tələbələrin valideynləri övladlarının ağır mülk girovu müqabilində azadlığa buraxılmasına etiraz edərək zindan məmurları ilə qarşı-qarşıya gəliblər
Təbriz həbsxanasının qarşısında toplaşan məhbus tələbələrin valideynləri övladlarının ağır mülk girovu müqabilində azadlığa buraxılmasına etiraz edərək zindan məmurları ilə qarşı-qarşıya gəliblər
Milli zəmində apardıqları dinc fəaliyyətə görə, dörd aya yaxındır həbsdə saxlanan 8 azərbaycanlı tələbə oktyabrın 28-də mülk girovu müqabilində müvəqqəti azadlığa buraxılıblar. Tələbələr azadlığa buraxıldıqdan sonra həbs müddətində ağır psixi və fiziki təzyiqlərə məruz qaldıqlarını bildiriblər.
«Media forum» saytı Dünya Azərbaycanlıları Konqresinin saytına istinadla xəbər verir ki, Təbriz İnqilab Məhkəməsi fəallara çox ağır mülk girovu qoyub: Səccad Radmehr (50 milyon tümən), Aydın Xacei (20 milyon tümən), Fəraz Zehtab (20 milyon tümən), Elçin (Daryuş) Hatəmi (50 milyon tümən), Mənsur Əminiyan (20 milyon tümən), Məcid Makuizad (20 milyon tümən) və Ehsan Nəcəfinəsəb (20 milyon tümən) və Maqsud Əhdi (20 milyon tümən).
Məlumatda o da vurğulanır ki, Təbriz həbsxanasının qarşısında toplaşan məhbus tələbələrin valideynləri övladlarının ağır mülk girovu müqabilində azadlığa buraxılmasına etiraz edərək zindan məmurları ilə qarşı-qarşıya gəliblər. Nəticədə valideynlərdən 4 nəfər bir neçə saatlığa saxlanıb.
XS
SM
MD
LG