Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:21

Mətbuat Şurası prezidentə müraciət etdi


Mətbuat Şurası prezident İlham Əliyevə həbsdəki jurnalistlərin əfvi ilə bağlı müraciət ünvanlayıb
Mətbuat Şurası prezident İlham Əliyevə həbsdəki jurnalistlərin əfvi ilə bağlı müraciət ünvanlayıb
Mətbuat Şurası (MŞ) prezident İlham Əliyevə həbsdəki jurnalistlərin əfvi ilə bağlı müraciət ünvanlayıb.

«Media forum»un məlumatına görə, müraciətdə deyilir ki, media ilə bağlı imzalanan fərman və sərəncamlarda bu sahədəki bütün məsələlərin, o cümlədən həbsdə olan jurnalistlərin əfvinin də nəzərə alınması razılıqla qarşılanır:
«Əfv fərmanlarında Mətbuat Şurasının prezidentə müraciətləri daim nəzərə alınıb. Nəticədə həmkarlarımız məhkum həyatının ağırlığından azad olunub, evlərinə, ailələrinə, doğmalarının yanına qayıtma imkanı əldə ediblər».
Müraciətdə belə humanist addımların bundan sonra da atılacağına əminlik vurğulanır. Həmçinin deyilir ki, həbsdə olan jurnalistlərin azad olunmaları ilə bağlı ölkə prezidentinə müraciət ünvanlanması Azərbaycan jurnalistlərinin V qurultayının qətnaməsində də öz əksini tapıb:
«Həmin şəxslər «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidov, bu nəşrin əməkdaşı Sakit Zahidov (Mirzə Sakit), «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev və «Bizim yol» qəzetinin redaktoru Müşviq Hüseynovdur. Onlar məhkəmələr tərəfindən kəsilmiş cəzalarının bir hissəsini çəkiblər, məhbus həyatının ağırlığını yaşamaqdadırlar».
Mətbuat Şurası dövlət başçısından bütün bunları və jurnalistlərin öhdələrində ailələrinin, azyaşlı uşaqlarının, üzüntü keçirən ahıl valideynlərinin olduqlarının nəzərə alınmasını, onların azadlığa çıxmalarına kömək göstərilməsini xahiş edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG