Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 05:54

Araz Ağalarov Maqomayevin dəfnində iştirak edəcək


Müslüm Maqomayevin dəfn mərasimində iştirak etmək üçün Rusiya prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun rəhbərlik etdiyi 30 nəfərlik nümayəndə heyəti Bakıya gələcək.
«Turan»a Rusiyadakı mənbələrdən verilən məlumata görə, nümayəndə heyətinin tərkibində məşhur teleaparıcı Svetlana Morqunova, digər mədəniyyət xadimləri, həmçinin Azərbaycan mənşəli biznesmenlər Araz Ağalarov və İskəndər Xəlilov da olacaq.
Müslüm Maqomayevlə vida mərasimi oktyabrın 29-u saat 11.00-dan 15.00-a qədər müğənninin babası Müslüm Maqomayevin adını daşıyan Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.
Dəfn mərasimi saat 16.00-da Fəxri Xiyabanda olacaq.
XS
SM
MD
LG