Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:31

Corc Buş İlham Əliyevi təbrik edib


ABŞ prezidenti Corc Buş
ABŞ prezidenti Corc Buş
ABŞ prezidenti Corc Buş azərbaycanlı həmkarı İlham Əliyevi ikinci dəfə prezident seçilməsi münasibətilə təbrik edib. C.Buş iki ölkə arasında tərəfdaşlıq və dostluq münasibətlərinin dərinləşməsinə çalışacaqlarını bildirir:
«Biz xüsusilə ümumi enerji təhlükəsizliyi sahəsində məqsədlərimizdə irəliyə doğru addımların atılmasına və Dağlıq Qarabağ münaqişəsinin həllində təməl prinsiplərlə bağlı razılığın əldə olunmasına ümid edirik».
ABŞ prezidenti Azərbaycanın öz demokratik təsisatlarının möhkəmləndirilməsi istiqamətində göstərdiyi səyləri dəstəklədiyini bildirir:
«Mən əməkdaşlığımızın davam etdirilməsini səmimiyyətlə arzulayır, Azərbaycana davamlı sülh və müvəffəqiyyətlər diləyirəm».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG