Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:20

Maqomayev birinci Fəxri xiyabanda dəfn olunacaq</a> <img src="/img/icon-video.gif" border=0 /> <font color="darkorange">Video</font>


Tanınmış ifaçı Müslim Maqomayev oktyabrın 25-i səhər, uzunsürən ağır xəstəlikdən sonra vəfat edib
Tanınmış ifaçı Müslim Maqomayev oktyabrın 25-i səhər, uzunsürən ağır xəstəlikdən sonra vəfat edib
Oktyabrın 28-də Moskvada Çaykovski adına konsert salonunda keçirilən vida mərasimindən sonra Müslim Maqomayevin cənazəsi xüsusi təyyarə ilə Bakıya gətiriləcək.

Azərbaycan prezidentinin Mətbuat Xidməti xəbər verir ki, dövlət başçısının qərarı ilə bu məqsədlə hökumət nümayəndə heyəti Moskvaya yola düşüb.
Bakıda Maqomayevlə vida mərasimi oktyabrın 29-da onun babasının adını daşıyan Dövlət Filarmoniyasında olacaq, müğənni birinci Fəxri xiyabanda dəfn ediləcək.

Tanınmış ifaçı Müslim Maqomayev oktyabrın 25-i səhər, uzunsürən ağır xəstəlikdən sonra vəfat edib. O, ürəyin işemik xəstəliyi və damarların aterosklerozundan əziyyət çəkirdi.

M.Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. O, 1962-ci ildə «Kreml» Sarayında verdiyi konsertdən sonra bütün Sovet İttifaqında tanınıb.

M. Maqomayev ilk solo-konsertini 1963-cü ilin noyabrında Çaykovski adına Konsert Zalında verib. 1963-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olan M.Maqomayev 1964-65-ci illərdə Milanın «La Skala» teatrında təcrübə keçib.

M. Maqomayev 1969-cu ildə Sopotedə keçirilən festivalda I yeri qazanıb və Kannda «Qızıl val» alıb. 1973-cü ildə SSRİ xalq artisti adına layiq görülən sənətkar həmin il Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri olub.

M.Maqomayev «Nizami», «Oxuyur Müslim Maqomayev», «Moskva notalarda» filmlərində çəkilib, 20-dən artıq filmə musiqi yazıb.
1997-ci ildə Günəş sisteminin balaca planetlərindən birinə onun adı verilib.

Son vaxta qədər M.Maqomayev Moskvada yaşayır və hərdənbir xarici qastrollara çıxırdı.

Müslim Maqomayevin son mahnısı
«Əlvida, Bakı!»
(sözləri: S. Yesenin, musiqisi: M. Maqomayev)
XS
SM
MD
LG