Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:02

Con Makkeyn rəy sorğuları ilə razılaşmır


Amerikada prezident seçkiləri noyabrın 4-dədir
Amerikada prezident seçkiləri noyabrın 4-dədir
Amerikada prezidentliyə respublikaçı namizəd Con Makkeyn rəqibi Obamanın qalib gələcəyini göstərən rəy sorğuları ilə razılaşmır. Makkeyn Ayova ştatında çıxışında deyib ki, o, hələ də seçkidə qalib gələcəyini gözləyir:
«Ayağa qalx, ayağa qalx və mübarizə apar! Amerika uğrunda mübarizə aparmağa dəyər! Biz heç vaxt oyundan çıxmırıq. Biz heç vaxt təslim olmuruq. Biz tarixdən gizlənmirik, biz tarixi yaradırıq. Odur ki, gəlin bu seçkini udaq və ölkəni irəliyə aparaq. Tanrı sizi qorusun, Tanrı Amerikanı qorusun!»

Demokrat namizəd Barak Obama isə Denverdə, Kolorado ştatında 100 mindən çox adamın qarşısında çıxış edib:

«Əgər siz bu doqquz günü də mənimlə planlaşdırsanız, mənimlə irəliləsəniz, qapıları mənimlə döysəniz, mənimlə telefon zəngləri etsəniz, biz nəinki Denverdə qalib gələcəyik, biz Koloradoda da seçkini udacağıq, biz sizinlə bir yerdə qalib olacağıq. Biz bu ölkəni və dünyanı dəyişəcəyik».

Amerikada prezident seçkiləri noyabrın 4-dədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG