Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:52

MSK da Avropa İttifaqının bəyanatını pislədi


Mərkəzi Seçki Komissiyasının binası
Mərkəzi Seçki Komissiyasının binası
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) Avropa İttifaqı (Aİ) Prezidentliyinin bəynatından təssüflənir:

«Prezidentliyin yaydığı bəyanat mahiyyət etibarı ilə əsasları məlum olmayan səbəblərdən bir tərəfdən prezident seçkisini izləmiş çoxminli müşahidəçilər korpusunun, digər tərəfdən isə Avropa İttifaqının yüksək vəzifəli şəxslərinin mövqeyinin üstündən qara xətt çəkir».

MSK oktyabrın 23-də yaydığı bəyanatda hesab edir ki, bu ilin əvvəllərində qonşu ölkələrdə keçirilən seçkilərlə bağlı Aİ tərəfindən göndərilən təbrik məktubları ilə müqayisədə Azərbaycanda keçirilən seçkilərə aid bu mövqe ən azı anlaşılan deyil:

«Prezidentliyin bu mövqeyi Azərbaycan seçicilərinin iradəsinə hörmətsizlik nümayiş etdirdiyinə görə, bizdə dərin təəssüf hissi doğurmaya bilməz».

Bundan əvvəl isə Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının bəyanatını pisləyib.

Aİ-nin Prezidentliyi adından oktyabrın 21-də yayılmış bəyanatda deyilirdi ki, prezident seçkisi ictimai debatların təşkil olunması, səsvermənin keçirilməsi və səslərin hesablanması baxımından beynəlxalq demokratik standartlara hələ riayət etmir.

Aİ təkidlə hakimiyyəti demokratik plüralizm və media azadlığı sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət üçün cəhdləri davam etdirməyə çağırmışdı.
XS
SM
MD
LG