Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:27

Azərbaycan Qafqazda epizodik roldadır


Azərbaycan Jurnalistlər Birliyinin baş katibi Ramiz Əsgər, Azərbaycan Ermənişünaslıq Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı
Azərbaycan Jurnalistlər Birliyinin baş katibi Ramiz Əsgər, Azərbaycan Ermənişünaslıq Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı
Dinlə

«Qafqaz çox strateji nöqtədir. Bütün super qüvvələr burda öz maraqlarını güdürlər. Təəssüf ki, Azərbaycan indi Qafqazda epizodik roldadır, baş rolda ola bilmir».

Bunu Türkiyədəki «Qafqazlar» simpoziumunun iştirakçısı, Bakı Dövlət Universitetinin müəllimi, Azərbaycan Jurnalistlər Birliyinin baş katibi Ramiz Əsgər deyir. «Azadlıq» radiosu «Can Bakı» proqramının qonağı olan Ramiz Əsgər söylədi ki, nə vaxtsa Azərbaycan regionun baş qəhrəmanı ola bilər.

«Qafqazda indi Rusiyanın, Amerikanın, Avropa Birliyinin, böyüməkdə olan Çinin, İran və Türkiyənin maraqları var. Yəni burda 4-5 böyük aktyor və bir neçə də kiçik fiqurant ölkələr var. İndiki halda biz Qafqazda epizodik roldayıq. Bəlkə Azərbaycanın bəzi tarixi-strateji arzuları həyata keçsə, biz də əsas qüvvələrdən biri ola bilərik».

«Bakı Qafqaz üçün nə önəm daşıyır» mövzusuna həsr olunmuş proqramın digər qonağı Azərbaycan Ermənişünaslıq Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı idi. Onun fikrincə, erməni dilini öyrənmək, həm də mükəmməl səviyyədə öyrənmək lazımdır.

«İrəvan Dövlət Universitetində də Azərbaycan dili də öyrədilir, orda Azərbaycanşünaslıq kafedrası var. Hətta Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu kafedranın daha səviyyəli olmasını istəyib. Ermənistanın prezidenti də Azərbaycan dilini təmiz bilir».

Qafar Çaxmaqlı bildirdi ki, BDU-nun Regionşünaslıq fakültəsində erməni dili tədris olunsa da, orada tələbələrə erməni dilini mükəmməl öyrətmək olmur.
XS
SM
MD
LG