Keçid linkləri

2024, 19 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 01:12

XİN-dən Avropa İttifaqına sərt reaksiya gəldi


XİN hesab edir ki, bu kimi qeyri-obyektiv yanaşma Azərbaycan xalqının iradəsini əks etdirmir
XİN hesab edir ki, bu kimi qeyri-obyektiv yanaşma Azərbaycan xalqının iradəsini əks etdirmir
«Fransanın Avropa İttifaqının prezidenti qismində bəyanatı anlaşılmaz və məyusedicidir». Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) oktyabrın 22-də yaydığı bəyanatda belə deyilir.
Nazirlik bildirir ki, Aİ-nin bəyanatında seçki prosesinin mahiyyəti və beynəlxalq müşahidəçilərin, o cümlədən Aİ nümayəndələrinin rəyi köklü şəkildə təhrif olunub:
«Mövcud reallıqlar isə qərəzliliklə əvəz olunub».
XİN hesab edir ki, bu kimi qeyri-obyektiv yanaşma Azərbaycan xalqının iradəsini əks etdirmir:
«Azərbaycanla Aİ arasında mövcud münasibətlərin xarakterinə ziddir və etimadın güclənməsinə xidmət etməyəcək».
Avropa İttifaqının Sədrliyi adından oktyabrın 21-də yayılmış bəyanatda deyilirdi ki, prezident seçkisi ictimai debatların təşkil olunması, səsvermənin keçirilməsi və səslərin hesablanması baxımından beynəlxalq demokratik standartlara hələ riayət etmir.

Aİ təkidlə hakimiyyəti demokratik plüralizm və media azadlığı sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət üçün cəhdləri davam etdirməyə çağırmışdı.

Hazırda Avropa İttifaqına sədrliyi Fransa həyata keçirir.
XS
SM
MD
LG