Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:26

«Kosovanın Qarabağa dəxli yoxdur»


«Kosovanın şimalı müstəqilliyini elan etsə, onda Serbiyadakı albanlar da öz müstəqilliyini elan edə bilər»
«Kosovanın şimalı müstəqilliyini elan etsə, onda Serbiyadakı albanlar da öz müstəqilliyini elan edə bilər»
Bu günlərdə Serbiyanın Pravoslav kilsəsinin başçısı Amfilohiye dedi ki, Kosovada yeni müharibə qaçılmazdır, «bu, gün kimi aydındır». «Azadlıq» radiosunun Cənubi Slavyan redaksiyasının Kosovanın paytaxtı Priştinadakı bürosunun rəhbəri Arbana Vidişiqiyə birinci sualımız elə belə də oldu - doğrudanmı müharibə başlaya bilər?

«Mən düşünmürəm ki, ciddi müharibə təhlükəsi var. Təkcə Kosovada yox, bütün Balkanlarda. Çünki hazırda regionda bir proses gedir - Avropa Birliyi və NATO-ya inteqrasiya. Qaldı ki, Serbiya Pravoslav kilsəsinin rəhbərinin dediyinə, məncə, bu, daha çox onun narahatlığıdır, Serbiyanın siyasi hakimiyyəti bu fikirdə deyil».

Bəs, Kosovanın şimalında yaşayan serblər öz müstəqilliyini elan edə bilərmi? Arbana Vidişiqi deyir ki, Kosovanın parçalanması serb siyasətçilərinin gündəliyindədir. Ancaq bu, Serbiyanın özü üçün risklidir:

«Çünki Serbiyanın cənubunda alban azlığı yaşayır, Kosovanın şimalı müstəqilliyini elan etsə, onda Serbiyadakı albanlar da öz müstəqilliyini elan edə bilər. Təsadüfi deyil ki, Serbiya prezidenti Tadiç Kosovanın şimalının müstəqilliyi ideyasını irəli sürəndə beynəlxalq aləmdə heç kim bunu müdafiə etmədi».

Kosova müstəqil olanda Ermənistan bunu Qarabağ mübahisəsində öz xeyrinə arqument kimi yozdu. Ki, öz müqəddəratını həll edən Kosova digər etnik münaqişələrə presedent yaratdı.

Bəs, Kosovanın müstəqilliyinin Dağlıq Qarabağ, Cənubi Osetiya və ya Abxaziya münaqişəsinə təsiri varmı?

Arbana Vidişiqi deyir ki, paralelləri Moskva və Belqrad siyasətçiləri nə qədər aparmağa çalışsalar da, Kosovanın digər münaqişələrə təsiri yoxdur. Çünki Kosova münaqişəsi də o biri konfliktlər kimi çox özünəməxsusdur:

«Burda Miloşeviçin törətdiyi soyqırımı olub, bundan sonra NATO, BMT və Avropa Birliyi müdaxilə edib. Məncə, təsiri yoxdur».

Qarabağ münaqişəsinin həllinə paralel aparsaq, indi Kosovada albanlarla serblər yanaşı yaşaya bilirlərmi?

Arbana Vidişiqi: «Sıravi adamlar müharibədən sonra rahatlıq tapıblar, mən idilliyaya qapılmıram, ancaq münasibətlər yaxşılaşır. Nəzərə alın ki, müharibəni Serbiya hakimiyyəti salmışdı. İndi sıravi adamlar arasında ticarət və digər məsələlər qaydasına düşür. Bir misal çəkim - Kosovanın yeni hökumətində iki serb nazir var».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG