Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:20

Jurnalist öldürüləsi olmadı


Əfqanıstan Apellyasiya Məhkəməsi jurnalistə qarşı ölüm hökmünü onun 20 il müddətinə azadlıqdan məhrum edilməsinə dəyişib.
24 yaşlı Pərviz Kambaxşi bu ilin yanvarında Məzai-Şərifdə məhkəmə ölüm hökmünə məhkum etmişdi. Oktyabrın 21-də Apellyasiya Məhkəməsi ölüm hökmünü 20 illik azadlıqdan məhrumetmə ilə əvəz edib. Həm də tələbə olan Pərviz Kambaxş internetdən Məhəmməd Peyğəmbərin qadınların hüquqlarını inkar etməsi barədə məqalələri götürüb öz dostları arasında yaymaqda ittiham edilir.
Qərb ölkələri və Əfqanıstanın özündə yerli hüquq müdafiə fəalları ona qarşı məhkəmə hökmlərini ədalətsiz hesab edirlər.
XS
SM
MD
LG