Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:20

Sərkisyan «Madrid prinsipləri»ndən danışdı


Serj Sarkisyan Dmitri Medvedevlə Qarabağ münaqişəsini müzakirə edib
Serj Sarkisyan Dmitri Medvedevlə Qarabağ münaqişəsini müzakirə edib
Ermənistan Qarabağ münaqişəsinin «Madrid prinsipləri» əsasında həllinə hazırdır. «Turan» «Armİnfo»ya istinadla xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan rusiyalı həmkarı Dmitri Medvedevlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Ermənistan prezidenti deyib ki, münaqişənin həlli problemi onun Rusiya prezidenti ilə danışıqları zamanı müzakirə edilib. Onun sözlərinə görə, Qarabağ problemi güzəştlər əsasında və danışıqlar yolu ilə həll edilə bilər:
«Ermənistan danışıqları «Madrid prinsipləri» əsasında davam etdirməyə hazırdır. Bu prinsiplərlə internetdə tanış olmaq olar. Bu sənəd ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən qeydiyyata alınıb».
S.Sarkisyanın sözlərinə görə, «Madrid prinsipləri» Qarabağ xalqının öz müqəddəratını həll etmək hüququnu və bir neçə digər məqamları qəbul etməyə imkan verən əsasdır.
Rusiya prezidenti Dmitri Medvedev isə deyib ki, Cənubi Qafqaz regionunda baş verən hadisələr göstərib ki, istənilən çətin məsələ beynəlxalq prinsiplərə əsasən və danışıqlar əsasında həll edilməlidir:
«Ümid edirəm ki, nailiyyətlər əldə etmişik, hər iki tərəf həll axtarmağa hazırdır. İncəlikləri şərh etməyəcəyəm, məhz ona görə ki, bu, danışıqlar prosesidir və onun dəyəri elə incəliklərdədir».
XS
SM
MD
LG